10 May 2026
2026/04/13 - 17:48
View 89

Minab Məktəbinin Quşlarının Səsi

Minabın məktəbi od içrə yandı Trampin zülmüylə qanə boyandı

Minab Məktəbinin Quşlarının Səsi

 

Göylərdə uçan bir quşam mən

Anamı axtarıb tapa bilmirəm

Ürəyimdə bahar həsrəti yanır

Bu həsrəti, axı dana bilmirəm

 

Mən məktəbə gedən balaca uşaq

Sevinə-sevinə hər gün qaçardım

Sevərdim baharı, rəngli dünyanı

Çiçək tək havaya sevgi saçardım

 

Məktəbdən gələn qəribə bir səs

Bağçadan gül tək qopardı məni

Sellərin Saranı aldığı kimi

Bir külək əsib apardı məni

 

Minabın məktəbi od içrə yandı

Düşmənin zülmüylə qanə boyandı

Ey vay analar, yandı balalar

Qanə döndü ürəklər, İranım ey vay

 

 

 

Ağlama, ağlama, ey gözəl anam!

Alnımda taleyim belə yazılıb

Mənim məzarım yerlərdə deyil,

Allahın əmri ilə göydə qazılıb

 

Bu cahan mənə yaman dar imiş,

Bilməzdim uşağın qanadı olar

Uşaqlarla gizlənpaç oynamayın,

Bilməzdim göylərdə nə dadı olar!

 

Dostlarım yanımda, çantalar göydə,

Kitablar küləklə oynayır indi

Biz buludlar içrə gecib gəzirik

Bizimlə mələklər dolaşır indi

 

Minabın məktəbi od içrə yandı

Trampin zülmüylə qanə boyandı

Ey vay analar, yandı balalar

Qanə döndü ürəklər, İranım ey vay

 

Ağlayıb darıxma, ey canım anam!

Bu gözəl vətənin nəğməsiyik biz

Bayram süfrəsində bizi unutma

Tüm xalqımızın nəvəsiyik biz

 

Ağlama, ağlama, ey gözəl anam!

Aləm yenə də nəfəs alacaq

Sənə söz verirəm, sən mənə inan

Bir daha hər şey gözəl olacaq

 

Mürtəza Kərimi

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است