10 May 2026
فارسی
EN
Əsas səhifə
Xəbərlər
Baş konsul
elanlar
Siyasət
İqtisadiyyat
Kosulluq işləri
İran haqqında
Mədəniyyət
Media
News Agency:Xəbərlər
Minab Məktəbinin Quşlarının Səsi
Minabın məktəbi od içrə yandı Trampin zülmüylə qanə boyandı
Minab Məktəbinin Quşlarının Səsi Göylərdə uçan bir quşam mən Anamı axtarıb tapa bilmirəm Ürəyimdə bahar həsrəti yanır Bu həsrəti, axı dana bilmirəm Mən məktəbə gedən balaca uşaq Sevinə-sevinə hər gün qaçardım Sevərdim baharı, rəngli dünyanı Çiçək tək havaya sevgi saçardım Məktəbdən gələn qəribə bir səs Bağçadan gül tək qopardı məni Sellərin Saranı aldığı kimi Bir külək əsib apardı məni Minabın məktəbi od içrə yandı Düşmənin zülmüylə qanə boyandı Ey vay analar, yandı balalar Qanə döndü ürəklər, İranım ey vay Ağlama, ağlama, ey gözəl anam! Alnımda taleyim belə yazılıb Mənim məzarım yerlərdə deyil, Allahın əmri ilə göydə qazılıb Bu cahan mənə yaman dar imiş, Bilməzdim uşağın qanadı olar Uşaqlarla gizlənpaç oynamayın, Bilməzdim göylərdə nə dadı olar! Dostlarım yanımda, çantalar göydə, Kitablar küləklə oynayır indi Biz buludlar içrə gecib gəzirik Bizimlə mələklər dolaşır indi Minabın məktəbi od içrə yandı Trampin zülmüylə qanə boyandı Ey vay analar, yandı balalar Qanə döndü ürəklər, İranım ey vay Ağlayıb darıxma, ey canım anam! Bu gözəl vətənin nəğməsiyik biz Bayram süfrəsində bizi unutma Tüm xalqımızın nəvəsiyik biz Ağlama, ağlama, ey gözəl anam! Aləm yenə də nəfəs alacaq Sənə söz verirəm, sən mənə inan Bir daha hər şey gözəl olacaq Mürtəza Kərimi