21 May 2026
2019/09/09 - 13:00
View 863
Visit:863 2019/09/09 - 13:00
Aşura günü

Aşura günü

Aşura günü

Allahın adı ilə

Aşura günü - Şəhidlər sərvəri və ağası olan həzrəti imam Hüseyn (ə)  və tərəfdarlarının şəhadəti münasibəti ilə imam hüseyn (ə) aşiqlərinə başsağlığı veririk!

Aşura günü haqqında:        

  Yaradılış baxımından uca Allah ilin 12 ayının içərisindən bəzi günləri xəlq edibdir ki, digər günlərlə müqayisədə daha əfzəl hesab olunurlar. Məsələn “Qurani Kərim” – in nazil olduğu ay olan Ramazan ayı, duaların rədd edilmədiyi gün olan cümə günü, ibadət baxımından min aydan daha üstün olan “Qədr” gecəsi və başqalarını buna misal göstərə bilərik. Lüğəvi mənası “haram” demək olan hicri – qəməri təqviminin ilk ayı olan Məhərrəm ayı da İslam tarixində bu cür əzəmətli və müqəddəs aylardan biridir. Bu ayın bu qədər fəzilətli və müqəddəs olmağının əsas səbəblərindən biri də, miladi 680 – ci ilin Məhərrəm ayının onuncu günü olan “Aşura” günündə dünya tarixinin o zamana qədər misli və bərabəri olmayan bir hadisəsinin baş verməsi ilə əlaqədar olmuşdur. Məhərrəm ayının “Aşura günü” İslam dininin varlıq qayəsi, insan haqq və azadlıqları uğrunda mübarizə aparan imam Hüseynin (ə) bir şəhid kimi özündən sonra bütün dünyaya örnək olan “həzrətiimam Hüseyn (ə)  fəlsəfəsi”, “həzrətiimam Hüseyn (ə) məktəbi” kimi tanıdığımız ideologiyanın başlanıldığı tarixdir. “Aşura” günü uca Allahın öz dini olan İslamı, özünün ən sevimli bəndəsi olan həzrətiİmam Hüseynin (ə) vasitəsi ilə qoruduğu günün adıdır.

        Dünya tarixində “Aşura” günündən başqa elə bir gün yoxdur ki, dünya alimləri, ilahiyyatçıları, filosofları, sosioloqları, ədəbiyyatçıları, tarixçiləri və bu kimi tədqiqatçıları bu qədər uzun müddət araşdırmış olsun. Araşdırmaların bu qədər çox olmağı səbəbsiz deyil. Həzrətiimam Hüseyn (ə) “Kərbəla” çölündə təkcə küfrlə savaşmadı. O, uca Allahın dinini qorumaq üçün, tayı – bərabəri olmayan fədakarlıqlar etməklə,  sahib olduğu hər şeyi qurban etdi. Hətta öz sevimli övladlarını belə Allah yolunda qurban verməkdən çəkinmədi. İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin öz qanları ilə yazdıqları bu tarix, kişi kimi şəhid olmağın imansız, dinsiz, əqidə və ləyaqətsiz yaşamaqdan çox daha fəzilətli olduğunun sübutudur. Zülm qarşısında əyilməyən, öz inanc və əqidələri yolunda heç bir əngəl tanımayan, ilahi ədalət və azadlıq uğrunda son damla qanlarına qədər mübarizə aparan bu qəhrəmanların fəth etdikləri bu uca zirvə o qədər ucadır ki, qiyamət gününə qədər heç kim bir daha elə bir məqama çata bilməz.

          “Aşura” elə bir gündür ki, dünya dinlərinin heç birinin tarixində ona bərabər bir gün yoxdur. İslam dinindən başqa heç bir dinin tarixində Kərbəla səhrasında olduğu kimi bu qədər böyük şücaət və mislisiz qəhrəmanlıq göstərən şəxslər yoxdur. “Aşura günü” həzrətiİmam Hüseyn (ə) və onunla birlikdə Kərbəla çölündə İslam dininin gələcək taleyi uğrunda cihad edərək, haqq dinin əmrlərini özlərindən sonrakı nəsillərə çatdırmaq üçün susuz şəhid olan şəxslər, bu əməlləri ilə elə bir çıraq yandırdılar ki, onun nuru qiyamət gününə kimi günəş kimi parlamağa davam edəcək.   

Uca Allaha şükürlər olsun ki, həzrətiimam Hüseyn (ə) mübarək şəxsiyyətini və Kərbəla qəhrəmanlarını tanımağı bizə nəsib edib!

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است