17 March 2026
2026/03/02 - 12:21

İslam İnqilabının Ali Rəhbərinin şəhadəti münasibətilə başsağlığı mesajı

İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulluğu, İslam İnqilabının Ali Rəhbərinin şəhadəti münasibətilə başsağlığı mesajı yayıb.

بسم الله الرحمن الرحیم

Bismillahir-Rəhmanir-Rəhim

إنّا لله و إنّا الیه راجعون

İnna lillahi və inna ileyhi raciun

Biz Allahınıq və əlbəttə Ona tərəf qayıdacağıq

İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulluğu böyük kədər və dərin hüznlə İslam İnqilabının Ali Rəhbəri və dünya şiələrinin ali məqamlı mərceyi-təqlidi Həzrət Ayətullah Seyid Əli Xameneinin şəhadətini Naxçıvan Muxtar Respublikasında yaşayan əziz həmvətənlərimizə, o həzrətin müqəllidlərinə, sevənlərinə, eləcə də bütün dünya müsəlmanlarına və azadlıqsevər insanlarına dərin hüznlə başsağlığı verir.

 

Bütün bərəkətli ömrünü İslam və İran yolunda fəda edən və mübarək Ramazan ayında şəhadət məqamına ucalaraq öz ali mükafatını alan o uca məqamlı rəhbərin itkisi böyük bir müsibət olsa da, bütün iranlılar, o mərhum rəhbərin sevənləri və yolunun davamçıları Uca Allaha təvəkkül edərək, İranı və İslamı qorumaq naminə birlik və həmrəylik nümayiş etdirəcək, bu ağır dərdi mətanətlə qarşılayacaq və İranın adının ucaldılması, eləcə də İslam dini naminə əl-ələ verərək çalışacaqlar.

 

Uca Allahdan o mərhum rəhbər üçün sonsuz rəhmət və məğfirət, bütün müsəlmanlar üçün isə sülh, rifah və bərəkət diləyirik.

İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulluğu

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است